Müğənni Röya Ayxan da Türkiyədə keçirilən "Demokratiya və Şəhidlər mitinqinə qatılıb.
Unikal.org xəbər verir ki, müğənni mitinqin baş tutacağı əraziyə yola düşmədən öncə "Sabah qəzetinin əməkdaşlarına açıqlama verib.
Röyanın açıqlama verdiyi video görüntülər "Twitterdə yayımlanıb. O bildirib ki, mitinqə Azərbaycanın adından qatılacaq:
"Bu gün türklər birlik göstərir. Çox sevinirəm ki, vətənim adından
burda iştirak edirəm. Hər kəsə uğurlar arzulayıram. Sözünüz daim
keçərli, yumruğunuz dəyərli olsun. Biz sizi çox sevirik.