XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə start verən idman gimnastlarımız Oleq Stepko və Pavlo Paxnyuk I təsnifat mərhələsini başa vurublar.

Unikal.org-un məlumatına görə, gimnastlar ilk olaraq çoxnövçülük üzrə seçmə mərhələdə yarışıblar.

Stepko çoxnövçülük yarışı üzrə ümumilikdə 86.208, Paxnyuk isə 84.215 bal toplayıb. Bu nəticə ilə ümumi sıralamada 20-ci olan Stepko final mərhələsinə yüksəlməyə haqq qazanıb. Paxnyuk isə 34-cü olaraq yarışı başa vurub