Salyan-Bakı marşrutu üzrə işləyən mikroavtobus aşıb.
Unikal.org apa-ya istinadən xəər verir ki, Salyan-Neftçala magistralının Ərəbqardaşbəyli ərazisindən keçən hissəsində sərnişin daşıyan mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

***(XƏBƏRİN YENİ HİSSƏSİ SAAT 10:00)

Salyan rayonunda baş verən yol qəzasında yaralananların adları açıqlanıb.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə zamanı Neftçala rayon sakinləri, 40 yaşlı Gülbəniz Nadir qızı Ağacanova, 28 yaşlı Taleh Əfqan oğlu Abdullayev, 32 yaşlı İbrahim Məzahir oğlu Cəfərov, 56 yaşlı Rövşən Əhməd oğlu Səlimov, 53 yaşlı Nərminə Həsənqulu qızı Səlimova, 43 yaşlı Zaur Rasim oğlu Məmmədov, 23 yaşlı Şəhla Elxan qızı Kərimova, 24 yaşlı Şəfa Məhərrəm qızı Ağayeva, 62 yaşlı Məlahət Əlixan qızı Şahbazova, Şamaxı rayon sakini 44 yaşlı Davud Tərlan oğlu Məmmədov müxtəlif bədən xasarətləri alıb və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, xəsarət alanların əksəriyyəti ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndəriləcək: "Xəstələrdən birinin vəziyyəti orta ağırdır".

Salyanda avtobus aşdı -  Yaralılar var +Fotolar
Salyanda avtobus aşdı -  Yaralılar var +Fotolar
Salyanda avtobus aşdı -  Yaralılar var +Fotolar