Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib.

Unikal.org bildirir ki, yataqxana sakinlərinin Trend-ə verdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Energetika yataqxanası"nda baş verib. Axşam saatlarında yataqxanadakı otaqlardan birinin tavanı uçub.

Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir.