Əkin - biçin işlərini görmək üçün xüsusi vasitə düzəldib. Xaçmaz sakininin düzəltdiyi mini traktor yancağa da xeyli qənaət edir. Bu texnikanın maksimum sürəti isə 60 km/saatdır.
Həm ot daşıyır, həm yer şumlayıir, həm də digər kənd təsərrufatı işlərini görür. Bu kənd təsərrüfatı texnikası bir saata cəmi 1 litr yanacaq işlədir.
Xaçmaz rayonunun Fərzəlioba kənd sakini Müzəffər Salmanov öz təssərrüfat işlərini görmək üçün bu vasitəni düzəldib.Kənd sakini mini traktoru yıgmaq üçün ayrı ayrı avtomobillərin və digər texnikaların hissələrindən istifadə edib.
Maksimum sürəti 60 km/saat olan traktor 10 at gücündədir. Ona bu traktor 2 min manata başa gəlib.İki qat pulunu verib almaq istəsələrdə satmaq fikri yoxdur.
Müzəffər Salmanov bu texnikanı dahada təkmilləşdirmək istəyir. Hətta yanacaq puluna qənaət etmək üçün dizel mühərriki quraşdırmaq fikrindədir.