Balakəndə 13 yaşlı uşağı sahibsiz it dişləyib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX)verilən məlumata görə, avqustun 7-də axşam saat 22 radələrində rayonun Qazma kənd sakini, 2003-cü il təvəllüdlü Vüsal Vahid oğlu Xallayev it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 13 yaşlı Vüsal Xallayev sağ sarğı nahiyəsindən xəsarət alıb.

V.Xallayevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.