Əməkdar artist Röya Ayxan Türkiyədə keçirilən "Demokratiya və Şəhidlər" mitinqinə qatılıb.
Unikal.org Axşam.az-a istinadən məlumatına görə, müğənni orada İbrahim Tatlısəs və Özcan Dənizlə bir araya gəlib.
Fotosunu izləyiciləri ilə bölüşən Röya Özcan Dənizin onu təriflədiyini bildirib:
"Bu gün qardaş ölkə birlik nümayiş etdirdi. 6 milyona yaxın insan və bütün ulduzlar çiyin-çiyinəydi. Mənzərə möhtəşəm idi. Bir də əsən bayraqlar arasında Azərbaycan bayrağını görmək şərəf idi.
Ən yaddaqalan dəqiqə imperatorun əlimi tutub, "Mahnılarını göndər, mən də qulaq asım" deməsi oldu. Bu arada, məni ona Özcan Dəniz təriflədi".