Polkovnik-leytenant, şəhid Raqub Orucovun atası İbrahim Orucov insult keçirib.
Unikal.org bildirir ki, bu barədəqaynarinfo.az-a şəhidin qardaşıOrucov Zabilməlumat verib.
Şəhidin qardaşının sözlərinə görə, Raqub Orucovun atası dəfələrlə oğlunun adının ona layiq formada əbədiləşdirilməsi üçün aidiyyətiorqanlara müraciət edib, ancaq onu qəbul edən olmayıb. Nəticədə şəhidin atası bu laqeyidsizlikdən narahat olaraq, insult keçirib:
"Artıq 20 günə yaxındır ki, insult keçirib, vəziyyəti ağırdır. Sumqayıt şəhərində 1 saylı yataqxanada yaşayırlar. Dəfələrlə özü Müdafiə Nazirliyinə gedib, orada isə yumşaq desək, başdan edilib. Qapılarda gəzməkdən kişi ölümcül hala düşdü. İndi tək arzusu da elə budur".