Dünən Türkiyədə Yenikapıdakı "Demokratiya və Şəhidlər mitinqində müğənni İbrahim Tatlısəsdə qatılıb. Prezident Ərdoğan Tatlısəsə xüsusi diqqət ayırıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, qonaqlar üçün ayrılan əraziyə gələn prezident Tatlısəsin yanaqlarını əlləri arasına alaraq salamlamaqla müğənniyə olan sevgisini ifadə edib.
Qeyd edək ki, Tatlıses 3 gün əvvəl Instagram hesabından mitinqə gedəcəyini bildirmişdi. Instagram hesabında Ərdoğan ilə çəkilmiş fotoşəkilini paylaşan Tatlıses bu sözləri əlavə edib:
"Niyə bu günə qədər susdum? Hər şeyin bir zamanı var idi, işdə o zaman gəldi. İndi deyəcəksiniz ki Yaxşı Cumhurbaşkanımızın dəvətinə gələcək bilərsənmi? Bəli gəlirəm. !!! Çünki xalqıyla birlikdə Küçəyə enən bir Prezidentimiz var, mən niyə Gelmeyecekmişim, Ölümüne ordayım."