Sank-Peterburq İstintaq Komitəsi Qanunverici Məclisin azərbaycanlı deputatı Sayad Əliyevin ofisində axtarış aparıb.

Unikal.org-un məlumatına görə, "Qafqazinfo Rusiya KİV-ə istinadən xəbər verir ki, axtarış daha əvvəl tərəvəz bazasında yerləşən mütəşəkkil etnik qruplaşma ilə bağlı açılan cinayət işi çərçivəsində aparılıb.

Xatırladaq ki, iyunun 20-si Sank-Peterburqda tərəvəz bazasında atışma baş vermişdi. 27 yaşlı Emil Hüseynov həmyerlisi 43 yaşlı azərbaycanlını qətlə yetirmişdi.