Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ nizamlanmasındakı fəal iştiraka görə təşəkkür edib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentlyi məlumat yayıb. 

İ. Əliyev Rusiyanın münaqişənin həllindəki rolunu xüsusi vurğulayıb.

O xatırladıb ki, iyunda Sankt-Peterburqda keçirilən görüş bu mövzuya həsr olunub: "Bu prosesdə fəal iştirak etdiyinə görə sizə minnətdaram.

İ. Əliyev bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin mütamadi görüşləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin inkişafına yeni impuls verir: "Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, siyasi dialoq, iqtisadi əlaqələr möhkəmlənir.

O həmçinin qeyd edib ki, yeni format olan Rusiya, Azərbaycan və İran liderlərinin üçtərəfli görüşü regionda ölkələrin iqtisadi əməkdaşlığının inkişafına və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.