İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf bəyan edib ki, İran və Azərbaycan birgə regional bank yaratmaq fikrindədir. Unikal.org-un məlumatına görə, bu barədə İranın IRNA agentliyi informasiya yayıb.

O, qeyd edib ki, bu təklif bank münasibətlərinin dərinləşdirilməsi, həmçinin, hesablama əməliyyatları prosesinin sadələşdirilməsi məqsədilə irəli sürülüb.