İrəvan şəhər polis idarəsinin rəisi, general-leytenant Aşot Karapetyan tutduğu vəzifədən azad edilib.

Unikal.org
-un "news.ama istinadən verdiyi xəbərə görə, A. Karapetyan Ermənistan polis rəisi Vladimir Qasparyanın imzaladığı müvafiq əmrlə işdən çıxarılıb.

Aparılmış xidməti araşdırma nəticəsində A. Karapetyana şiddətli töhmət verilib.

İrəvan şəhər polis idarəsinin yeni rəisinin kimliyinə də aydınlıq gətirilib. Ermənistan mediasının məlumatına görə, İrəvan şəhər polis idarəsinin rəisi vəzifəsinə Şirak vilayətinin polis idarəsinin rəisi Sarkis Martirosyan rəhbərlik edəcək.