"Çok güzel hareketler bunlar" komediya verilişində məşhurlaşan Pelin Öztekindən ayrılan aktyor Kıvanç Arslan idman edərək stresdən uzaqlaşmağa çalışır.
Unikal.org Türkiyə
mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı aktyor qısa zamanda gərgin
qrafiklə idman edib və çəkisi 132 kilodan 99 kiloya qədər düşüb.
K.Arslan sosial mediada son vəziyyəti ilə bağlı fotolarını paylaşaraq bu qeydi yazıb:
"İkirəqəmli xanaya düşdük. İndi ən çətin hissəsi başlayır. Qorxmadan davam".
Qeyd edək ki, K.Arslan da keçmiş nişanlısı kimi komediya verilişində ("Güldür güldür") populyarlığını artırıb.