Son zamanlar bakirəliyin vacib olub-olmaması ilə bağlı müzakirə gündəmdədir. Gülər Əhmədovanın "Elm sübut edir ki, bakirəlik sağlam nəsil doğmaq üçün vacibdir" deməsini qınayan gənclər və dəstəkləyən, adət-ənənə tərəfdarı olan yaşlı nəsil də oldu. Bəs əslində bakirəlik beləmi vacibdir?

Unikal.org-un məlumatına görə, sabiq millət vəkili Gülər Əhmədova milli.az-a bildirib ki, xanımlarda bakirəliyin vacibliyi elmin sübut elədiyi bir həqiqətdir. Buna qarşı olan fikirlərin səsləndirilməsinə gəlincə, Əhmədova deyirki, heç kimin şəxsi həyatına müdaxilə etmək fikri yoxdur: "Mən hamıya deyə bilmərəm ki, mənim kimi düşünsün. Kim necə yaşayırsa, özü bilər!

Bizim cavanlarımızın, gənc jurnalistlərimizin əksəriyyətinin ən böyük problemi odur ki, yalnız seriallar üzərində tərbiyə alırlar. Bizim cavanlarımız gərək rusca, ingiliscə bilsinlər. Onlar internetdən həm də elm oxumaq üçün istifadə etməlidirlər. İnternet təkcə oyun oynamaq və seriala baxmaq üçün deyil. İnternetdə "teleqoniya" sözünü axtarışa veriboxusunlar. Görəcəklər ki, dünyanın alimləri təcrübələr əsasında, konkret hadisələr nəticəsində bakirəliyin vacib olması qərarına gəliblər. Mən də deyirəm ki, bakirəlik sağlam uşağın həyata gəlməsi üçün vacibdir. Qadının nə qədər çox cinsi partnyoru olsa, onun bütün xəstəlikləri o qadının orqanizmində özünə yer edir. Hansı kişinin nə xəstəliyi varsa, şəkəri olanın şəkəri və s. qadının orqanizminin hüceyrəsinin yaddaşına köçür. Üstündən 5-10 il keçir, qadın hamilə qalır. Hamilə qalır başqa bir adamdan, həyat yoldaşından və ya kimdənsə. Vaxtı ilə onun cinsi partnyorunun bioloji yaddaşı həmin uşağa keçir. Bunu cahil molla demir ki, elm deyir. Avropa alimləri deyirlər. Bunun nəyi pisdir ki, deyəsən ki, qoy bakirə olsun, sağlam uşaq dünyaya gətirsin. Uşaq salamat olsun. Uşağa iki nəfərin hüceyrəsinin yaddaşı keçsin. Doğma atasının və doğma anasının.

Biz övladlarımızda davam edirik. Ata-anaların da borcudur ki, qızlarının bakirəliyini qorusunlar ki, gələcək nəsillərdə digər insanların xəstəlikləri, pis xasiyyətləri nəvələrinə keçməsin. Bundan yaxşı, bundan düzgün söz nə ola bilər ki? Burada xoşagəlməyən, narahatedici nə var?"

Onun dediyinə görə, bu fikri anlamamaq məlumatsızlıqdan irəli gəlir: "Bizim saytların böyük əksəriyyəti "flaş" xəbərlər verir. Bu cür maarifləndirici məlumatlar gənclərimiz üçün vacibdir. Kimdən "teleqoniya" soruşsan, deyəcək ki, bu nədir?"

"Elmlə çox məşğul olduqcagörürsən ki, bəzilərinin cahil saydığı nənə-babalarımızın nəsihətlərində həqiqət var. Biz deyirik ki, onlar məktəb görməmişdilər, savadsız idilər, amma dedikləri bu gün elmi təsdiqini tapır. Bu informasiyalar əslində bizim nənə-babalarımızın beyninin məhsulu deyildir. Belə ki, qalaktikada yeganə ağıllı varlıqlar biz deyilik. Qalaktikada intellektual səviyyəsi bizdən dəyüksək olan varlıqlar var, yəni yadplanetlilər. Əslində bu informasiyaları zaman-zaman yerə onlar ötürüblər. Bu günə qədər heç kim bilmir ki, Misir piramidalarını kim və necə tikib", - deyə Əhmədova bildirib.

Bakirəlik pərdəsi vacibdir

Əhmədovanın fikrincə, insan bədənində artıq heç nə yoxdur: "Bakirəlik pərdəsi niyə qoyulub? Bir adam bu haqda öz-özünə sual verir? Heç bir şey elə-belə olmur. Nə təbiətdə, nə insan orqanizmində heç bir şey boşuna deyil. Artıq elm bakirəlik pərdəsinin vacib olduğunu sübut edib".

Qızlar özünü 5-10 manata satmamalıdırlar

G.Əhmədova bildirirki, indi qızlar yaxşı yaşamaq üçün bəzən qoca kişilərlə münasibət qururlar: "Qoca kişilərin min dərd-səri, min xəstəliyi var. Bu informasiyaların axı hamısı qadınların hüceyrəsinin yaddaşına oturur. Bunlar da yeni doğulacaq körpələrə köçürülür. Bir baxın indi nə qədər xəstə uşaq doğulur! Hamı deyir ki, "ata sağlam, ana sağlam. Uşaq bu xəstəliyi haradan tutub?"

Balaca uşaqlarda görün indi nə qədər şəkər xəstəliyi var. Balaca uşaqlarda əvvəl şəkər xəstəliyi vardı? Nə qədər uşaqda onkoloji xəstəlikvar. Əvvəllər yaşlı insanlarda olurdu. İndi söhbətin nədən getdiyini başa düşürsüz? Şəkər, onkologiya adətən insanlarda 40 yaşından sonra yaranır. Yaşlı insanların xəstəliyidir. İndi deyirlər ki, bu xəstəliklər cavanlaşıb? Niyə cavanlaşdı ki? Yaşlı insanlarla münasibət quran gənc qadınların hüceyrəsinin yaddaşına köçüb, bununla da doğulan uşaqlara. Bunu qızlara başa salmaq laızmdır ki, 5-10 manata görə özlərinə hansı problemləri yaradırlar. Pulla qarşısı alınmayan problemləri. Qızlar başa düşməlidirlər ki, ona bir dənə maşın alacaq, ev alacaqlar, amma əvəzində ömrünün axırına kimi şəkər xəstəliyi olan uşaqla qalacaq. Bunları qızlara başa salmaq, bakirəliyin vacibliyini elmi cəhətdən izah etmək lazımdır".

13 yaşlı qız etiraf etdi ki, bakirə deyil

"Qızımın 13 yaşı var və artıq bakirəliyi əldən gedib. O, 14 yaşlı ruhi xəstə ilə Bakı şəhərində parklardan birində bu işi edib. İndi qızımı yığışdıra bilmirəm. Nə etsəm də, alınmır. O, əxlaqsızlıq etməyə davam edir", -deyə psixoloq yanına gələn, yaşanan hadisəyə görə böyük depressiya keçirən pasiyentlərdən biri deyib.

Bu hadisəni psixoloq Vəfa Rəşidova danışıb. O da deyir ki, belə hadisələr çox baş verir, lakin gizlədilir: "Bakirəlik vacibdir. Onun pozulması əxlaqsızlığın yayılmasına səbəb olur. Qız uşağı elədir ki, onun üçün vacib deyil. Amma həmin qız artıq bunun dadını bilir və o, yenə istəyəcək. Bakirəliyini itirən qızın qarşısını almaq olmayacaq. Bakirəliyin itirilməsi həm də depressiya və intiharlara, ailə dramlarına səbəb olur".

Min illərdir ki, bu tabularla...

"Bizdən də öncəki psixoloqlar, sosioloqlar və başqa mütəxəssislər də bunu deyiblər, mən də söyləyirəm ki, bakirəlik qızlar üçün vacibdir. Bu yeni bir fikir veyil. Çünki biz Azərbaycanda yaşayırıq. Amsterdamda yaşamırıq. Fransız deyilik. Biz Bakıda yaşayırıq və azərbaycanlıyıq. Bizim üçün bu fikrin şok gətirəcək məqam olmağı məni təəccübləndirdi. Bu fikrə insanların qəribə yanaşması məni əsəbləşdirdi. Uşaqdan böyüyə qədər bunu hamı bilir - xanımlarımız üçün bakirəlik vacibdir. Biz bu mental dəyərlərlə, bu tabularla, bu fikirlərlə böyümüşük. Bu bizim genetik kodumuzda oturuşub ki, bakirəlik vacibdir. Burada qeyri-adi bir şey görmədim. Biz 100 il də, 1000 il də müasirləşsək, bizim azərbaycanlığımız var. Bizim ailə strukturumuz var. Genetik kodlarımız, şüuraltımız, bilinc altımız var, bizim ailə modellərimiz var. Bu fikrin əslində heç bir müasirliyə aidiyyatı yoxdur, - deyən psixoloq əlavə edib ki, müasirlik deyəndə çox qəribədir ki, oxumağı, yenilikləri və yaxud da maariflənməyi nəzərdə tutmuruq, başqa, qeyri-etik şeyləri qabardırıq. -Bakirəliyin müasirliyə heş bir aidiyyatı yoxdur.Amma bir məqam var. Bakirəlik insanın vicdanının bakirəliyidir. İnsanın vicdanı birinci növbədə bakirə olmalıdır. İnsanın vicdanı bakirə olmazsa, fiziki bakirəlik önəm daşıyır, sizcə?

Bakirəlik ailənin başının tacıdır. Bakirəlik sabahkı ailənin dağılmamasına bir təminatdır, bakirəlik güvənin, təmizliyin təminatıdır. Bəli, insanın vicdanı bakirə deyilsə, insanın düşüncələri, ruhu bakirə deyilsə, bəs onda? Bakirəlik kiməsə görə qorunmamalıdır. Əgər anasına, qardaşına, atasına, qohumlarına görə qoruyacaqsa, qorumasa ondan yaxşıdır. Bunun heç bir mənası qalmaz. İnsan özü anlamalıdır ki, bakirəliyi nəyə görə qorumalıyam və niyə dəyər verməliyəm? Bunları dərk etməsə, özü üçün bakirəliyini, əlbəttə ki, qorumayacaq!"