İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri avqustun 8-də başa çatıb.

Unikal.org-un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran prezidenti Həsən Ruhanini hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıb.