Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb, 38 nəfər xəsarət alıb. Yaralılardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
İnsident Tihuana və Tekate şəhərləri arasında qeydə alınıb. İlkin
məlumata əsasən, qəzaya səbəb sürücünün qəfil idarəetməni itirməsi
olub.