Bu gün İkinci Dünya Müharibəsi zamanı ABŞ aviasiyası tərəfindən Yaponiyanın Naqasaki şəhərinə atom bombasının atılmasının 71-cu ildönümü qeyd edilir.
Unikal.org-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Naqasakinin Sülh Parkında keçirilən kütləvi anım mərasimində Yaponiyanın baş naziri Sindzo Abe və 50 ölkənin nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən Naqasaki şəhərinin meri Tomihisa Taue G7 sammiti çərçivəsində şəhəri ziyarət edən ABŞ prezidenti Barak Obamaya təşəkkürünü bildirib: "Mən digər ölkə liderlərini də atom bombardmanının dəhşətli fəsadlarını görmək üçün Hirosima əv Naqasakiyə çağırıram.
Xatırladaq ki, 1945-ci il, avqustun 9-da Naqasakiyə atom bombasının atılması nəticəsində 70 min, avqustun 6-da Hirosima şəhərinə atom bombası atılması nəticəsində isə 140 min adam həlak olub.