Bakıda təyyarələrin yığılması üzrə zavod açılacaq. Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib.
"Azərbaycanda Rusiya istehsalı olan avadanlıqlara böyük maraq var.
Burada Rusiyada istehsal olunan təyyarə və helikopterlırin sayı az
deyil.Azərbaycan tərəfi həmçinin MS-21 təyyarəsi ilə maraqlanır. Gələn
ilin fevralında azı 10 MS-21 təyyarəsinin alınmasına dair müqavilənin
imzalanmasını gözləyirik. Bundan əlavəBakıda təyyarələrin yığılması
üzrə zavod və helikopter texnikasının müasirləşdirilməsi mərkəzi
açılacaq, deyə D.Roqozin bildirib.