Tovuz rayonunda hərbi qulluqçu qarpızdan zəhərlənib.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumata görə, zəhərlənən şəxs Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü, gizir Həsənov Elvin Mahir oğludur. O, qarpızdan zəhərlənmə diaqnozu ilə evlərindən xəstəxanaya aparılıb.
Hərbçiyə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ilə bağlı xidmət etdiyi hərbi hissəyə məlumat verilib və o, Hərbi Hospitala yerləşdirilib.
Hazırda E.Həsənovun səhhəti orta ağır qiymətləndirilir.