Əksər sürücülər quraşdırılan radarın qanunsuz olduğunu iddia edirlər. Baş dövlət yol polisi idarəsinin açıqlaması isə tamamilə fərqlidir.
Yol kənarında sayrışan işıqları və üzərində xüsusi fərqləndirici qrafika olmayan polis avtomobili dayanıb. Maşının içərisində isə bir polis əməkdaşı radar quraşdırır. Sosial şəbəkələrdə yeni yayılan görüntülər əksər sürücülərin narazılığına səbəb olub. Sürücülər radarın qanunsuz qoyulduğunu iddia edirlər.
Bu görüntülər radarların hansı ərazilərdə quraşdırılmasının qanuni olub-olmadığını gündəmə gətirir. Baş dövlət yol polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevin sözlərinə görə, yol polisi əməkdaşı tərəfindən avtomobildə radarın quraşdırılmasında heç bir problem yoxdur.
Bu zaman avtomobilin xüsusi rəng qrafikasının və sayrışan işığının olması da şərt kimi tələb edilmir. Şöbə rəisinin sözlərinə görə, radarın qanuni olması üçün onun polisin mərkəzi informasiya bazasına inteqrasiya olunması şərtdir. Əgər radar mərkəzi informasiya bazası ilə əlaqələndirilibsə, o zaman qayda pozuntusu zamanı sürücünün ünvanına elektron protokol gələcək
Bu zaman sual yaranır ki, belə avtomobillərdə quraşdırılan radarların qeydə aldığı qayda pozuntusuna görə avtomobili yolda saxlamaq olarmı?