Gömrük nəzarətindən gizlədilmiş külli miqdarda xarici markalı siqaret aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən unikal.org-a bildiriblər ki, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı gömrük nəzarətindən gizlədilmiş şəkildə 41 min ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.