Avqustun 4-də Xaçmaz rayonunun Gödəkli kəndində rayon sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin qətli ilə bağlı iki nəfər saxlanılıb.
Unikal.org trend-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumatda bildirilir ki, C.Hacıyevi qətlə yetirənlər onun həmkəndliləri olublar. Hadisə şəxsi münaqişə zəminində baş verib. Məlumata görə, qətlə yetirilən şəxsin həmkəndlilərinə borcu olub və pul sahibləri pulunu istəmək üçün C.Hacıyevlə kəndin kənarındakı avtomobil yolunun kənarında görüşüblər. Aralarında yaranan mübahisə zəminində pul sahibləri C.Hacıyevi döyüblər. C.Hacıyevin öldüyünü görən həmin şəxslər onu yolun kənarına atıb hadisə yerindən qaçıblar.
Xatırladaq ki, avqustun 4-də Xaçmaz rayonunun Gödəkli kəndində rayon sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin meyidi avtomobil yolunun kənarında aşkarlanıb.
Meyidin üzərinə baxış keçirilərkən onun üzərində xəsarətlər aşkarlanıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Rayon sakinlərinin Trend-ə verdiyi məlumata görə, qətlə yetirilən şəxs uzun müddət imiş ki "KamAZ" sürücüsü işləyirmiş. Bir müddət əvvəl isə ailə münaqişəsi zəminində boşanıbmış. Qətlə yetirilən gün onun evdən avtomobilsiz çıxdığı bildirilir. Qətl hadisəsinin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ məlum deyil. Araşdırmalar aparılır.