Avropa Qonşuluq və Əməkdaşlıq Aləti Meşə Qanunvericiliyinin Güclənməsi və İdarə edilməsi üzrə II Proqram (ENPI FLEG II) gənc və peşakar jurnalistlər arasında ən yaxşı məqalə (yazı), ən yaxşı foto-video süjet və ən yaxşı radioverliş müsabiqəsi elan edir.
Təşkilatdan unikal.org-a verilən məlumata görə, müsabiqə çərçivəsində hazırlanan materiallar 5 sentyabr 2016-cı il tarixindən gec olmayaraq [email protected] e-mail ünvanına təqdim edilməlidir.
İdea: Müsabiqəyə təqdim ediləcək məqalə, foto-video süjet və radioverliş meşə qanunvericiliyi və idarəetməsi həmçinin meşə idarəetməsində yeni yanaşmalar (TEEB, FSC və s.) kimi mövzuları əhatə etməli və bu sahənin aktuallığını göstərməlidir.
İştirak şərtləri: Müsabiqədə iştirak üçün peşəkar və gənc jurnalistlər dəvət olunurlar.
* İştirakçının yaş həddi - 16 yaşdan yuxarı olmalıdır.
* Müsabiqəyə mövzu üzrə yalnız bir məqalə/ foto-video süjet/ radioverliş təqdim etmək olar.
* Müsabiqədə yalnız müəllif tərəfindən hazırlanmış məqaləyə/ foto-video süjetə/ radioverlişə baxılacaqdır.
* Müsabiqədə iştirak edəcək şəxs adını, soyadını, işlədiyi/oxuduğu qurumun adını, doğum tarixini, əlaqə nömrəsini, e-mail və yaşayış ünvanını qeyd etməlidir*.
* Bu məlumatları qeyd etməyən müəlliflərin işlərinə baxılmayacaqdır.
Qiymətləndirmə şərtləri:
Qaliblərin seçilməsi ENPI FLEG II proqramı çərçivəsində yaradılmış jüri heyyəti tərəfindən aparılacaqdır.
Müsabiqəyə təqdim ediləcək materiallar unikallığı, mövzuya uyğunluğu, problemin tam açılması, asan qavranması və təhlilin olması istiqamətində qiymətləndiriləcəkdir.
Müsabiqə materiallarının Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olmasına, peşəkar hazırlanmasına və etik normalara riayət edilməsinə böyük önəm verilir.
Hər üç istiqamət üzrə (məqalə (yazı), foto-video süjet, radioverliş) bir qalib seçiləcək və qiymətli hədiyələrlə mükafatlandırılacaqdır.
Müsabiqədə iştirak edən iştirakçıların müəllif və mülkiyyət hüquqları qorunur.
Qaliblərin seçilməsi və mükafatlandırılması müsabiqəyə materialların son təqdim etmə tarixindən sonra 20 gün ərzində baş tutacaqdır.
Meşə Qanunvericiliyinin Güclənməsi və İdarə edilməsinə dair II Proqram (FLEG II) Avropa Birliyinin maliyyə dəstəyi ilə WWF, IUCN və Dünya Bakı tərəfindən 7 ölkədə (Azərbaycan, Ermənistan, Belarusiya, Moldova, Rusiya, Rumıniya və Ukrayna) icra edilməkdədir.