"Miss World gözəllik müsabiqəsinin finalçısı, avtraliyalı model Elis Miller-Kennedi avtomobil qəzasına düşüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sürücülük vəsiqəsini yeni almış modelin idarə etdiyi avtomobil iki fransız turistin olduğu avtomobillə toqquşub.

Hadisə nəticəsində gənc model ağır xəsarət alıb. Dərhal xəstəxanaya yerləşdirilən Kennedinin həyati təhlükəsinin olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparan müstəntiqin sözlərinə görə, model qəzanın baş verməsində günahsızdır.