Məşhur aktrisa Meryem Uzerli fotoqraf dostu Urban Ruthsa poza verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın İnstaqramda paylaşdığı foto qısa zamanda 70 mindən çox insan izləyicisi tərəfindən bəyənilib.
O, statusunda dostunun da hesabını etiketləyib. Daha sonra isə Urban Ruthsa Meryemin yataqda olan bir fotosunu öz profilindən paylaşıb.
Qeyd edək ki, 32 yaşlı aktrisa hazırda Almaniyadadır. O, yeni mövsüm
başlayan kimi "Eşkiya dünyaya hükümdar olmaz serialının çəkilişlərinə
qatılacaq.