Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman verib.
Unikal.org-un məlumatına görə, dəyişiklik AzərTAc-ın fəaliyyətinin təşkili ilə bağlıdır.
İndiyə qədər AzərTAc dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşib və informasiya və təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülüb.
Dəyişikliyə əsasən, bundan sonra AzərTAc-ın saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdiriləcək.