Bakıda məşhur binalardan birində yanğın baş verib. 
Unikal.org lent.az-a istinadən məlumatına görə, Bakının Nəsimi rayonunda yerləşən "Trump Tower" adlanan binada yanğın baş verib.
Nəsimi Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. İdarədən bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının böyüməsini qarşısını alıb və binanın alovlanan hissəsi söndürülüb. Hazırda binaya nə qədər ziyan dəydiyi və yanğının nə səbəbdən baş verdiyi araşdırılır.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Lent.az-ın hadisə yerində olan müxbirinə bildirib ki, yanğına səbəb "Trump Tower"in üzərindəki böyük metal antenanın isinməsi olub. Belə ki, qızmar hava antenanı isidib və tüstülənmə də bu səbəbdən başlayıb. Artıq "Trump Tower"də baş verən yanğın hadisənin qarşısı nazirliyin əməkdaşları tərəfindən alınıb. Bildirilir ki, ilkin ehtimallara görə, yanğına elektrik naqillərinin tüstülənməsi səbəb olub: "Yanğın böyümədən qarşısı alınıb. Hazırda binada heç bir yanğın və ya tüstülənmə hadisəsi yoxdur".

Qeyd edək ki, "Trump Tower" ABŞ-ın Repsublikaçılar Partiyasının prezidentliyə namizədi, milyarder Donald Trampın adıyla bağlıdır. Binanın də məhz amerikalı milyarderə aid olduğu bildirilir.