Şamaxı rayonunda bədbəxt hadisə baş verib.
Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Şamaxı şəhərinin Şirvan küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Şəhər sakini 1989-cu il təvəllüdlü Abdurrəhmanova Şəhla Elşad qızı yaşadığı evdə pəncərə şüşələrini silib təmizləyərkən ehtiyatsızlıq edib və binanın 5-ci mərtəbəsindən yıxılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Şəhla Abdurrəhmanova təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq bir uşaq anası olan Şəhla Abdurrəhmanova xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.