Prezident İlham Əliyev Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncama əsasən Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamdan olan məbləği maliyyələşdirmək tapşırığı verilib.