Salyan rayonunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org Report-a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən Baş Şirvan kollektorunun yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, Natiq adlı sürücü "Mercedes markalı avtomobilini qarşıdakı maşına çırpıb. Nəticədə sürücü hadisə yerində keçinib. Avtomobildə olan Neftçalanın 1-ci Mayak kənd sakini, 59 yaşlı Mələknisə Həsənbala qızı Cavadova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
O, xəstəxanada ilkin tibbi yardım göstərlidikdən sonra ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.