Bərdə rayonunda velosiped yoldan keçən qadını vurub.
Unikal.org DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 4-də saat 08 radələrində Bərdə şəhərində şəhər sakini Nicat Məmmədov idarə etdiyi velosipedlə yolu keçən həmyerlisi Əzizə Mehralıyevanı vurub. Ə.Mehralıyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb və avqustun 11-də evində ölüb.
Faktla bağlı araşdırma aparılır.