Moskvada qəribə cinayət hadisəsi baş verib.

Unikal.org baku.ws-əistinadən bildirir ki, paytaxt sakiniAleksey Çernikov6 yaşlı qızını kababa görə öldürüb. Məhkəmə qarşısına çıxarılan şübhəli iddia edib ki, 6 yaşlıVeronikanı təsadüfən öldürüb. Alekseyin sözlərinə görə, sərxoş vəziyyətdə olub və kababın tikəsini icazəsiz götürdüyü üçün qızına əsəbləşib.

Ata qızının üzərinə hücum çəkib, onun başından tutaraq güclü silkələyib. Bu zaman qız ətin tikəsini uda bilməyib və boğulub. Uşağın vəziyyətinin pis olduğunu görən ata onun üzünə sillə vurub. Ancaq artıq hər şey gec idi. 6 yaşlı Veronika hadisə yerində dünyasını dəyişmişdi.

Məsuliyyətə cəlb olunacağını anlayan ataarvadı və qayınanasını inandırmağa çalışıb ki, uşağın bədənindən qurtulmaq lazımdır. Qatil ata metal yeşikdə uşağın cəsədini yandırıb və külünü həyətə töküb. Sonradan qızın valideynləri yalandan polisə məlumat veriblər ki, guya balaca uşaq itib.

Ancaq aparılan araşdırmalar uşağın öldürüldüyünü sübut edib. Qatil ataya və ona yardımçı olan arvadı və qayınanasına yaxın günlərdə hökm oxunacaq.