Bir neçə gün bundan qabaq musavat.com saytında sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun mülklərini satışa çıxarması haqda məlumatlar dərc olunmuşdu. Yayılan məlumatda keçmiş nazirin Bakı şəhərinin müxtəlif yerlərində ona və oğluna məxsus mülkləri təcili satışa çıxardığı, hətda mülklərin dəyərindən çox aşağı qiymətə satıldığı bildirilirdi.

Unikal.org xəbər verir ki, yayılan məlumatla bağlı Bizimyol.info saytının əməkdaşı keçmiş nazir Əli Abbasovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında yayılam məlumatların yalan olduğunu bildirib.

"Belə məlumatlar hardan qaynaqlanır bilmirəm. Mənim elə mülklərim yoxdur ki, mən onları satışa çıxardım. Hansısa qəzet və sayt mənim adıma mülk qoşmasın. Hamı kimi mənim də evim var. Mən niyə onu satmalıyam? Bu gün mənimdi, sabah da övladlarım, nəvələrim yaşayacaq bu evdə. Mən hazırda elmi işlərlə məşğulam. Belə məlumatlar tamamən yalandır.

Qeyd edək ki, Əli Abbasov MTN işi ilə bağlı məlumatlar ortaya çıxdıqdan sonra, ötən il noyabr ayının 12-də, Prezident İlham Əliyev tərəfindən Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilib.