Salvadorda televiziya kanallarından birininin xanım jurnalisti birbaşa efirdə yük avtomobilinin vurduğu kişidən müsahibə alıb.
Unikal.org modern.az-a istinadən bildirir ki, ölüm ərəfəsində olan kişi yolun kənarında uzanıb. O, deyir ki, onu vurublar və özünü çox pis hiss edir: "Məni vurublar və çox ağrıyıram".
Kişi onu da qeyd edir ki, onu vuran avtomobili görməyib və xəstəxanaya getmək istəyir. Bunu deyəndən bir neçə saniyə sonra kişi keçinib.