Ötən gün saxlanılan Türkiyə mlli komandasının keçmiş futbolçusu Hakan Şükürün atası barəsində həbs qəti-imkan tədbiri seçilib.

Unikal.org 1xeber.com-a istinadən bildirir ki, bu gün hakim qarşısına çıxarılan Sərmət Şükür məhkəmənin qərarı ilə həbsxanaya göndərilib.

Xatırladaq ki, 15 iyul çevriliş cəhdindən sonra Sakaryada Fətullahçı terror təşkilatına qarşı başladılan əməliyyat çərçivəsində Hakan Şükürün və atasının yaxalanmasına qərar verilmişdi.