İmişlidə 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Unikal.org-un "Reporta istinadən məlumatına görə, hadisə ötən gün gecə saatlarında İmişli-Kürdəmir avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Əvvəlcə "QAZ-53 markalı avtomobil yolun kənarında dayanan traktora çırpılıb. Bundan sonra Balakən rayon sakini, 32 yaşlı Kənan Fazil oğlu Lələyev idarə etdiyi TIR-ı saxlaya bilmədiyindən "QAZ-53 markalı avtomobilə çırpılıb. Nəticədə TIR-ın sürücüsü də daxil olmaqla "QAZ-53ün kuzovunda olan Saatlı rayon sakinləri - 18 yaşlı Cavid Cəfər oğlu Abbasov, 25 yaşlı Zülfüqar Yadigar oğlu Qurbanov, 17 yaşlı Əkbər Valeh oğlu Fətullayev və 17 yaşlı Elşən Mehman oğlu Fətəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.





































.jpg)
.jpeg)








.jpg)









