2016-cı ilin ən məşhur cütlüyü olan Murad Boz və Aslı Enver İstanbulun Nişantaşı bölgəsində fotokameralara tuş gəlib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, müğənni və aktrisanın bir-biri ilə səmimi münasibəti diqqət çəkib.

Jurnalistin "Sizi həmişə birlikdə və mehriban görürük" sözlərinə Murad "Birlikdə olmaqdan zövq alırıq" cavabını verib.

Boz evlənmələri ilə bağlı suallara "Ailə qurmaq gözəldir. Belə bir qərar alanda sizinlə bölüşəcəyik. indi çox xoşbəxtik" deyib.