Xəbər verdiyimiz
kimi, Türkiyədə 15 iyul - hərbi çevrilişə cəhd hadisələrindən sonra
"Ay-yıldız adlı haker qrupu məşhurların sosial media hesablarına hücum
etməyə başlamışdı.
Unikal.org-un məlumatına görə, bu qrup öncə komediya ustası Atalay Demircinin yazışmalarını ələ keçirmiş və onun FETÖ dəstəkçilərindən olduğu üzə çıxmışdı.
Hazırda A.Demirci həbsdədir. "Ay-yıldız hakerləri daha sonra Atiye, Ayşegül Aldinç, Işıl Yücesoy, Nejat İşler və Billur Kalkavanın da hesablarını ələ keçirmişdi.
Qrupun son qurbanı isə məşhur müğənni-aktrisa Ayşegül Aldinç olub.
Qeyd edək ki, "Ay-yıldız məşhurlara "hücumları "sənət dünyasından heç bir şey gizli qalmayacaq şüarı ilə həyata keçirirlər.