Bulvarda təxminən 23-25 yaşında qız intihar məqsədiylə özünü dənizə atıb.
Unikal.org bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola nəzarətsiz ərazidə baş verib. Qızı xilas etmək üçün bulvarın mühafizə əməkdaşı soyunaraq özünü dənizə atıb.
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı boğulmaq təhlükəsindən xilas ediblər və aidiyyəti üzrə təhvil veriblər.