Avqustun 13-də saat 21 radələrində Sumqayıt şəhərində Bakı şəhər sakini Elvin Bəkirov idarə etdiyi "Mercedes markalı avtomobillə yolu keçən Lerik rayon sakini Güldərən Qasımovanı və nəvəsi Ülkər Almaszadəni vurub.
Unikal.org DİN-in saytına istinadən verdiyi məlumata görə, hər iki piyada xəstəxanaya yerləşdirilib, G. Qasımova orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.