Misirdə iki sərnişin avtobusunun toqquşması nəticəsində 17 nəfər ölüb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza zamanı daha 16 nəfər xəsarət alıb.

Onlardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.

İnsident paytaxt Qahirədən 100 şimalda yerləşən Dakahliya əyalətində qeydə alınıb. Qəzanın başvermə səbəbləri məlum deyil.