Bu gün Yasamal rayon məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevlə Bakı şəhər Dövlət Yol Polisi əməkdaşlarının mübahisəsi ilə bağlı məhkəmə prosesi davam etdirilib.
Unikal.org-un Trend-ə istinadən verdiyi xəbərə görə, prosesdə şahidlər arasında mübahisə yaranıb və məhkəmə sabaha qədər təxirə salınıb.
Qeyd edək ki, iki gün əvvəl Yasamal rayon Dövlət Yol Polisinin əməkdaşları B.Hacıyevin avtomobilini cərimə meydançasına aparıblar. Avqustun 15-də isə yol polisləri ilə B.Hacıyev arasında mübahisə olub. Mübahisə zamanı əraziyə gələn Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları B.Hacıyevi saxlayaraq bölməyə aparıblar. B.Hacıyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.