Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yeni səlahiyyətlər verilib.
Unikal.org bildirir ki, bu barədə "Resmi Gazete"nin saytı xəbər verir.
Artıq Türkiyə prezidenti Silahlı Qüvvələr Baş Qərargahına rəis təyin etmək hüquq əldə edib. Bundan öncə isə Silahlı Qüvvələr Baş Qərargahına rəis Ali Hərbi Şurada səsvermə yolu ilə seçilirdi və həmin şəxs bu postda 4 il çalışırdı.
Hazırda Türkiyə Silahlı Qüvvələr Baş Qərargahının rəisi vəzifəsini Hulusi Akar daşıyır.
Qeyd edək ki, ötən ay Türkiyədə hərbi çevrilişə cəhddən sonra hərbi sahədə bir sıra islahatlar aparılmasına başlanılıb.