Razılaşmanın maddələri bunlardır:
1. İsrail tərəfi hadisə zamanı ölən 10 Türkiyə vətəndaşının ailələrinə 20 milyon dollar təzminat ödəyəcək.
2. Təzminatı 25 gün ərzində ödəmək tələb olunur.
3. Razılaşmaya dair sənəd iki dildə nəşri nəzərdə tuutulur (İngilis, Türk)
4. İki ölkənin səfirliklərinin fəaliyyəti bərpa ediləcək, geri çağırılan səfirlər yenidən göndəriləcək.
5. Türkiyə İsrail hərbçilərinə qarşı məhkəmə prosesindən imtina edəcək. Bu barədə Türkiyə Böyük Millət Məclisində qanun qəbul ediləcək.
6. HAMAS təşkilatının Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq. Təşkilatın liderlərindən sayılan Salih əl-Aruri Türkiyədən deportasiya ediləcək. Əl-Arusi 3 İsrail hərbçisini qaçıraraq, öldürməkdə təqsirləndirilir.
7. Təbii qazla bağlı müzakirələr aparılacaq. Razılaşma imzalandığı gündən Türkiyə və İsrail bu sahədə birgə fəaliyyət göstərəcək, İsrail qazının Türkiyə və Avropaya nəqli üçün boru xətti tikiləcək.
Artıq Türkiyə də bütün bu tələbləri icra edib.