Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə İrana səfər edəcək.
Unikal.org xəbər verir ki, bu barədə informasiyanı "Fars agentliyi yayıb.
Agentlik səfərdə əsas məqsədin Suriyada terrorçularla vuruşmaq üçün Rusiya-Türkiyə-İran koalisiyasının yaradılması planlarının müzakirə edilməsi olduğunu bildirib.
Qeyd edək ki, Ərdoğan bundan öncə Sankt-Peterburqa səfər edib, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.