İstanbul Kəşfiyyat Şöbə Müdürlüyü və Terrorla Mübarizə Şöbə Müdürlüyünün əməkdaşları DHKP-C terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 10 rayonun rəhbərini saxlayıb.

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, polislər rayon rəhbərlərinin terrorçularla Sancaktepedə evlərdən birində yığışdığını öyrəndikdən sonra oraya basqın təşkil ediblər.

Saxlanılan şəxslər Terrorla Mübarizə Şöbə Müdürlüyünə gətirilərək dindiriliblər.