Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən iki sabiq səfir saxlanılıb.
Bu barədə Unikal.org Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir.
Qəzetin məlumatına görə, Gülən hərəkatına qarşı mübarizə çərçivəsində bu gün Türkiyənin Kanadadakı keçmiş səfiri Tuncay Babalı və UNESCO-dakı keçmiş nümayəndəsi Qurcan Balık saxlanılıb.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Gülən hərəkatı ilə mübarizə çərçivəsində XİN-dən 300-dən çox əməkdaş xaric edilib.