Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının avqustun 19-na rəsmi məzənnəsini 1,6204 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən Unikal.org-a verilən məlumata görə, bu, gündəlik 0,25% artım deməkdir.

Qeyd edək ki, avqustun 18-də rəsmi məzənnə 1,6164 AZN/USD səviyyəsində olub.