İstanbul Prokurorluğu Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinərək həbs edilmiş 187 sahibkarın əmlakının müsadirəsi barədə qərar çıxarıb.

Unikal.org bildirir ki, bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.

Daha öncə qeyd olunub ki, Türkiyənin Sahibkarlar və Sənayeçilər Konfederasiyasında (TUSKON) və digər müəssisələrdə Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində axtarışlar aparılıb, 187 sahibkar həbs olunub.

Qeyd edək ki, İstanbul məhkəməsi F.Gülənin həbsi barədə qərar çıxarıb. O, Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunur.